İqbal Ağazadə Özbəkistanın Azərbaycandakı səfirinə təbrik məktubu yolladı

Ümid Partiyasının sədri İqbal Ağazadə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanova Özbəkistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu yollayıb.

Təbriki izləyicilərə təqdim edirik:

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanova

Hörmətli Səfir!

1 sentyabr Özbəkistanın müstəqilliyinin elan edildiyi gündür. Bu münasibətlə ölkə prezidenti Şavkat Mirziyoyevi, Sizi və Sizin simanızda tarixi köklərimizin bir olduğu qardaş Özbəkistan xalqını öz adımdan və rəhbərlik etdiyim Ümid Partiyası adından təbrik edir, ən səmimi diləklərimi yetirirəm.

Azərbaycan Respublikası və qardaş Özbəkistan Respublikası arasında ortaq tarixi, mədəni əlaqələr vardır. İki ölkə arasındakı bu dostluq münasibətləri qardaş xalqlarımızın eyni kökdən olmasından qaynaqlanır.

Özbəkistan Respublikası ilə dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin inkişafı hər zaman bizi sevindirəcək və inanırıq ki, Sizin də səfir olduğunuz dönəmlərdə qarşılıqlı münasibətlərimiz daha da irəli gedəcəkdir.

Bir daha cənab prezident Şavkat Mirziyoyevi, Sizi və Özbəkistan xalqını Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Hörmətlə,
İqbal Ağazadə
Ümid Partiyasının sədri
1 sentyabr 2022

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009