Ümid Partiyasının sədri İqbal Ağazadə Modern.az İnformasiya Agentliyini fəaliyyətinin 11 illiyi münasibətilə təbrik edib:
Modern.az İnformasiya Agentliyini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır, hər zaman obyektivliyinizi qorumağı, vətəndaşlarımızın, saytınızı izləyənlərin verdiyiniz informasiyadan məmnun qalmalarını diləyirəm.
Arzu edirəm ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyə, məmləkətimiz üçün çalışasınız.
Çox tezliklə xalqımıza, millətimizə Azərbaycanın ərazi bütövlüyünün qələbəsi xəbərini, Azərbaycanın müqəddəs bayrağının Qarabağda dalğalandığı informasiyasını siz verəsiniz.
Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli saytı olasınız, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin saytda özünü tapa bilsin.
Bir daha təbrik edirəm, uzunömürlü olasınız!
Uğurlar!
Şərh yaz