İqbal Ağazadə: “Biz hamımız şəhid olmağa hazırıq”

11

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə şəhidlərimizin dəfn mərasimində çıxışı zamanı bildirib ki, biz hamımız şəhid olmağa hazırıq, təki torpaqlarımız düşmən tapdağından azad edilsin:

“Bu gün bura yığışan insanlar Azərbaycan xalqının kiçik bir hissəsidir. Dünyada əlli milyon azərbaycanlı var və mən buradan bir daha Ali Baş Komandana müraciət edirəm. Əlli milyon soydaşlarımızın hər biri əsgərdir, biz hamımız şəhid olmağa hazırıq. Biz son ermənini torpaqlarımızdan çıxarana qədər vuruşacağıq.

Şəhidlər ölməz, vətən bölünməz”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz