Hipermarketlər məhsulu bazara daxil etmək üçün barkod adı altında sahibkardan külli miqdarda rüşvət istəyir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 16 avqust 2022-ci il Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Efir “Qiymətlər hər gün artır. Bizi nə gözləyir?!” mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə verilişdə daxili bazarda qiymətlərin artımına xüsusi diqqət çəkib, dünya bazarında neftin, qazın qiymətinin artması və buna baxmayaraq dünyaya neft, qaz satan iqtidara Azərbaycan vətəndaşlarının iqtisadi-sosial vəziyyətinin düzəlməməsi istiqamətində sərt çağırışlar edib.

Verilişin gedişatında partiya sədri biznes sahəsində iqtidar məmurlarının monopoliyasından da danışıb. Belə ki, kənd təsərrüfatı və digər sektorla məşğul olan sahibkarların məhsullarını bazara daxil etmək üçün onlardan barkod üçün istənilən rüşvətə, korrupsiyaya görə hakimiyyəti çox sərt tənqid edib, problemlərin həlli üçün təkliflər paketini təqdim edib.

İqbal Ağazadə qeyd edib ki, səhiyyə, təhsil sahəsində ölkə vətəndaşının durumu çox ağırdır və o, iqtisadi böhranla siyasi böhranın birləşəcəyi təqdirdə ölkədə kataklizmlərin olacağının narahatlığını ifadə edib.  

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009