Ümid Partiyası İcra Aparatının rəhbəri, Qarabağ qazisi, politoloq Taleh Əliyev fevralın 11-də KİM TV internet televiziyasının qonağı olub. Partiya funksioneri canlı efirdə Ümid Partiyasının uzun illərdir Azərbaycanda sərgilədiyi fərqli siyasi kurs, fəaliyyət istiqamətləri, partiyanın müxtəlif sahələr üzrə proqramları, ölkədə baş verən hadisələrə yanaşması, problemlərdən çıxış yolları, hazırki ictimai, siyasi, sosial və psixoloji vəziyyət, müxalifət-iqtidar və müxalif qüvvələr arasındaki münasibətlərlə bağlı verilən sualları cavablandırıb.
Taleh Əliyev qeyd edib ki, bütün problemlərin çözümü sistem dəyişikliyindən keçir. Problemi yaradan idarəçilik sistemidir, ona görə də hakimiyyət bütövlükdə dəyişməlidir. Dəyişməsək. 5 ildən sonrakı seçkilərdə də eyni problemlərdən danışacağıq. Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə 2008-ci və 2013-cü ilin Prezident Seçkilərində namizəd olarkən xalqa müraciətində bildirmişdi. Təssüflər olsun ki, 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.
Verilişi oxuculara təqdim edirik: