Bu, sistemin, idarəetmənin bəlasıdır – ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 18 may 2022-ci ildə Reaksiya TV-də canlı efir qonağı olub.

Veriliş “Sülh anlaşması yaxınlaşdıqca ölkədə təxribatlar ola bilərmi?” sualı ətrafında baş tutub.

Elman Abbasov AZAL-ın son maliyyə hesabatından, ili zərərlə başa vurmasından, təyyarə biletlərinin qiymətlərinin bahalığından, monopoliyadan danışıb.

O, ümumilikdə ölkənin biznes mühitindən də danışıb və monopoliyanın yaratdığı problemlərə diqqət çəkib. Monopoliyanın ölkənin biznes mühitinin inkişafına yaratdığı əngəllərdən danışan Elman Abbasov xarici şirkətlərin ölkəyə maraq göstərməməsindən də söz açıb.

Ümid sədrinin müavini turizm sahəsindəki problemlərdən, qiymətlərin bahalığından da danışıb və vəziyyətin ürəkaçan olnadığını diqqətə çatdırıb.

Əlillərin, qazilərin problemlərindən söz açan Elman Abbasov çoxsaylı problemlərin həll olunmamasına diqqət çəkib və hökumətin bu istiqamətdəki fəaliyyətini tənqid edib.

Qarabağdakı proseslər, erməni separatçılarının təxribatları və sair məsələlər də verilişdə müzakirə mövzusu olub.

Ölkədə siyasi dialoqun olmaması, vacibliyi, insanların siyasətə maraq göstərməməsinin səbəbləri də verilişdə müzakirəyə çıxarılıb.

Dövlət idarəetməsindəki problemlər, hakimiyyətin islahatlara getməsinin vacibliyi, islahatların əhəmiyyəti, Ümid Partiyasının islahatlar üçün verdiyi təkliflər də verilişdə müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz