“Saxta bir tarixə hüquqi don geyindirə bilməzlər”
Ümid Partiyasının Fransanın Türkiyənin əleyhinə qəbul etdiyi qanunla bağlı etiraz bəyanatı yayıb.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, Fransa Parlamentində uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalanmasını nəzərdə tutan qanun layihəsi qəbul edildi: “Ümid Partiyası olaraq biz, bu qanunun qəbulundan təəssüf hissi keçiririk. Qəbul olunmuş qanunun Avropada insan haqlarına, demokratiyaya və xüsusən də, ifadə azadlığına zidd qərar hesab edirik. Demokratiyanın beşiyi hesab edilən Avropada insan haqlarının, düşüncə özgürlüyünün ruhuna uyğun olmayan bu qərar, artıq Avropanın dünyaya aşıladığı dəyərləri küllən şübhə altında qoyur.
Oxunma sayı: 5Ümid Partiyasının himninin sözləri
Söz: Əvəz Qurbanlı
O gözəl gün gələcək!
Salam, ey nurlu sabahlar ümidilə yaşayan,
O, sabah naminə çiynində əzablar daşıyan millətimiz!
Geri dön tarixə bax,
Sənə heç vədə yaraşmaz zillət!
Əmin ol! Əmin ol ki, doğacaqdır Günəş iqbalımıza,
Xoş ola halımıza,
Olacaq onda həqiqət, nə qədər arzu-dilək;
O gözəl gün gələcək!
Ümidə dəstək oldular
Seçkilərin Monitorinqi və Demokratiyanın Araşdırmalar Mərkəzi Ümid Partiyasının ofisinin alınması bağlı bəyanat qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir ki, baş verən hadisə bütün qayda qanunlara ziddir. Bu Avropa İnsan Haqları sözləşməsinə və Azərbaycan Respublikasının qanunlarında bir neçə maddəyə ziddir.
“Yanvar ayının 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər təşkilatının Ümid Partiyasının həmin şəhərdəki qərargahında toplantı keçirmək cəhdləri baş tutmayıb. Polis tədbirə qatılmaq istəyən aktivistlər həbs edib. Sonra isə Ümid Partiyasının Qərargahını yerləşdiyi ofisin sahibi partiyanın Sumqayıt şəhər təşkilatının rəhbərliyindən qərargahı boşaltmalarını tələb edib. Seçkilərin Monitorinqi və Demokratiyanın Araşdırmalar Mərkəzi hər iki insidenti qanunsuz hesab edir. Azərbaycan hakimiyyətindən partiyaların fəaliyyəti üçün normal şərait yaratmağa çağırır”.
Qarabağ blokunun ziyarətində izdiham yaşandı
Bu gün Qarabağ bloku (Ümid və Azərbaycan Demokrat Partiyalarının bloku) 20 yanvar şəhidlərini anmaq üçün Xiyabanı ziyarət etdi.
Ümid Partiyasının sədri, Millət vəkili İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlunun öncəliyində ziyarətə axışan insanlar izdiham yaratdılar. Şəhidlərin 22 ilində onlara könül borcunu verməyə gələn qırmızı qərənfilləri onların məzarları üstünə düzdülər. Yenə də sözün bitdiyi an idi. Qara Yanvar Şəhidlərinin xatirəsini anmaq üçün Qarabağ blokunun adından hazırlanmış əklili abidənin önünə qoyan partiya liderləri Şəhidlərin ruhu önündə baş əydilər. Havanın soyuq olmasına baxmayaraq, izdihamla keçən ziyarət Şəhidlərin ruhuna dualar oxunduqdan sonra sona çatdı.
Oxunma sayı: 8İqbal Ağazadə müxalifətin strukturlaşmasını və koalision hakimiyyət təklif etdi
Ümid Partiyası dünən 2011-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirdi. Müşavirədə çıxış edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hakimiyyətin apardığı siyasəti sərt tənqid etdi, iqtisadiyyatın günbəgün geriləməsindən, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsindən danışdı. Partiya sədri dedi ki, Azərbaycanın bütün problemlərini həll etmək mümkündür.
“Sadəcə, iqtidar bunları etmək istəmir. Azərbaycanın demoqrafik vəziyyətini, yaşam tərzini, yerlərdəki durumu, imkanları nəzərə alıb ciddi sosial-iqtisadi proqram hazırlanmalıdır. Azərbaycan neftdən gələn gəlirləri elə səmərəli xərcləyə bilər ki, neftdən asılılıq hər il 10 faizə qədər aşağı düşə bilər. Nəticədə 5 il sonra ölkəmiz Dövlət Neft Fondundan transferlər üçün limit qoya bilər.
Oxunma sayı: 17“VAXT VARDI ETİRAZ YÜKÜNÜ SİYASİ PARTİYALAR ÇƏKİRDİ. İNDİ DİNİ KƏSİMLƏ SİYASİ KƏSİM BU İŞİ YARIBAYARI BÖLÜŞÜR”
“Media forum” saytının suallarını Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə cavablandırır.
- Prezident İlham Əliyev Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə son dəyişiklikləri hələ də təsdiqləməyib. Milli Məclisin noyabrın 15-də qəbul etdiyi həmin layihə dini qadağaları sərtləşdirir. Prezidentin bu layihəni imzalamayıb geri qaytarmasını, sənədin yumşaldılacağını ehtimal edirsinizmi?
- Adətən prezidentin imzalamadığı qanun layihələrinin geri qaytarılması mahiyyət etibarilə həmin dəyişikliklərin başqa formada, ya yumşaldılmış, ya da fərqli formada yenidən hazırlanması ilə şərtlənir. QHT-lərlə bağlı qanunda belə hal baş vermişdi, ümid edək ki, indi də belə olacaq. Ehtimal edirəm ki, bu müddət ərzində imzalanmayıbsa, qanun layihəsi geri qaytarıla və müsbət dəyişiklik ola bilər.
- Ümumiyyətlə, son illər “Dini etiqad azadlığı haqqında” qanuna çox dəyişiklik olur. Müşahidəçilər bu dəyişikliklərin böyük əksəriyyətinin mürtəce xarakter daşıdığını vurğulayır. Əks prosesin getməsi, yəni dini fəaliyyəti tənzimləyən qanunda yumşalmalar mümkündürmü? Belə bir qənaət var ki, dini qadağalar artdıqca radikallıq artır, islam siyasiləşir, siyasi islam güclənir.
Oxunma sayı: 21Neft milyonlarının gətirdiyi demokratiya kasıbçılığı
Aynur Imranova
Yoxsulluq bürüyüb ölkəni.. Hər gün bir az daha kasıblaşırıq. Söhbət təkcə maddi deyil, həm də mənəvi kasıblıqdan gedir. Neft və milyonlar səltənətində “bir qarın çörək” üçün çalışan insanlar yaşamaq uğrunda mübarizədə hər gün bir damla daha mədəniyyətlərini, mənəviyyatlarını itirirlər. Sonunda da dama-dama göl olacaq.
Ölkə daxilində ictimai nəqliyyatda insanların bir-birinə münasibətindən başlayaraq, gecələr Bakı küçələrində (xüsusən Tiflis prospektində) baş verənlərə qədər hər şeyi buna sübüt olaraq göstərmək olar. Ölkəmizdən kənarda isə Dubayda, Türkiyədə, eləcə də Rusiyada qazandığımız “reputasiya”nı…
Oxunma sayı: 30“Seçki saxtalaşdırılıb”
Ümid Partiyası ötən gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.
Müxalifət bloku hökumətin addımlarını pislədi
Bu gün Ümid Partiyasının qərargahında Qarabağ Bloku idarə heyətinin növbəti iclası keçirilib.
Toplantıda qəbul olunan qərarların icrası qənaətbəxş hesab edilib. 2012-ci ilin büdcə layihəsini kəskin tənqid edən blok üzvləri büdcəni sosial yönümlü deyil, korrupsiyaya yol açan, neftdən asılı olan və ölkənin iqtisadi siyasətinin fiaskoya uğramasının göstəricisi kimi qiymətləndiriblər. Ardı »
“Bu siyasət kökündən yanlışdır”
Son vaxtlar ölkədə bir sıra ciddi hadisələr baş verib. Bu məsələlərə dair Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə söhbətləşdik.

- Son günlərin ən ciddi hadisəsi növbəti qiymət artımıdır. Hökumətin indiki vaxtda bahalaşmaya getməsini necə qiymətləndirirsiniz?
Ardı »
